Axtar

Bu ölkədə milyarderlərin sayı sürətlə artır

Dünyada milyarderlərin toplam sərvəti 2017-ci ildə 19 faiz artıb.

"BI" xəbər verir ki, İsveçrənin USB bankında audit aparan PwC çirkəti “Billionaire Insights 2017” adlı sənəd hazırlayıb. Sənəddə qeyd edilib ki, 2017-ci ildə daha 199 nəfər milyarderlər sırasına qoşulub. Beləliklə dün yada ümumi sərvətinni dəyəri 1 milyard dollardan çox olan şəxslərin sayı 2158ə yüksəlib. Son bir ildə ən çox milyarder Çindən çıxıb. Belə ki, Çinin milyarderlərinin sayı 2016-cı ildə 318 idisə, bir il sonra bu rəqəm 373-ə çatıb. Bu ölkənin milyarderlərinin ümumi sərvəti isə 1,12 trilyon dollardır.

Bildirilir ki, Çində 2006-cı ildə cəmi 16 milyarder var idi və son illərdə bu ölkədə böyük gəlir sahiblərinin sayı durmadan artır.

Qeyd edək ki, hazırda Avropa qitəsində 414 milyarder var. Ən çox milyarder isə ABŞ-ın payına düşür.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33