Axtar

"Kapital Bank"ın aktivləri artıb

Bu il oktyabrın 1-nə “Kapital Bank”ın aktivləri 3 milyard 457 milyon 534 min   manat olub ki, bu da illik müqayisədə 14,3% çoxdur. Bunun 1 milyard 174 milyon 106 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 9,6% böyüyüb. Bunun 322 milyon 633 min manatı nağd vəsaitlərdir. Bankın Mərkəzi Bankdakı müxbir hesabı isə 601 milyon 986 min manata yüksəlib. Bankın maliyyə institutlarındakı depozitləri 624 milyon 780 min manata çatıb. Aktivlərinin 433 milyon 921 min manatı qiymətli kağızlardadır.


Kapital Bankın cəmi öhdəliyi 3 milyard 134 milyon manatdır. Bunun 2 milyard 675 milyon manatını depozitlər təşkil edir. Azərbaycanın bank sektorunda əmanət qoyuluşlarının həcminə görə liderlərdən biri olan Kapital Bankda digər bank və maliyyə institutlarının 180 milyon manata yaxın depoziti də var. Bankın cəmi kapitalı isə 323 milyon 494 min manatdır.
“Kapital Bank”ın bu ilin yanvar-sentyabr aylarını 71,092 milyon manat xalis mənfəətlə başa vurub.

Bİ.az  bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,3% çoxdur.

9 ay ərzində “Kapital Bank”ın faiz gəlirləri 234 milyon 57 min manat, faiz xərcləri 57 milyon 782 min manat, qeyri-faiz gəlirləri 110 milyon 73 min manat, qeyri-faiz xərcləri 120 milyon 642 min manat, xüsusi ehtiyatlara ayırmaları 76 milyon 414 min manat, mənfəət vergisi ödəmələri isə 18 miyon 857 min manat təşkil edib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33