Axtar

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 27% azalıb

2019-cu ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi  2 milyard 302 milyon 364 min ABŞ dolları təşkil edib.

"BI" Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal əməliyyatları üzrə 1 milyard 22 milyon 719 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 1 milyard 279 milyon 645 min ABŞ dolları ticarət reallaşıb.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 1 milyard 727 milyon 332 ABŞ dolları, o cümlədən idxal  688 milyon 625 min ABŞ dolları, ixrac 1 milyard 38 milyon 707 min ABŞ dolları təşkil etmişdi. Beləliklə, ötən ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin yanvar ayında idxal 48,5%, ixrac isə 23,2% artıb.

2019-cu ilin Yanvarında saldo illik müqayisədə 26,6% azalaraq 256 milyon 925 min dollar təşkil edib. 2018-ci ilin yanvarında saldo 350 milyon 81 min dollar olmuşdu.

Qeyd edək ki, 2018-ci ilin ötən bir çox aylarında da Azərbaycanın aylıq ixracı 1 milyard dollardan yüksək olmuşdu.

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33