Axtar

"Turan Bank"ın aktivləri azalıb

“Turan Bank”ın 2018-ci ilin üçüncü rübü üzrə hesabatında ən diqqət çəkən məqam aktivləri ilə bağlıdır. Bankın aktivləri 2,2% azalıb.

“Bİ.az” bankın mənfəət və zərər hesabatına əsasən xəbər verir ki, bankın faiz gəlirləri 22 milyon 907 min manat, faiz xərcləri 15 milyon 961 min manat, qeyri-faiz gəlirləri 2 milyon 380 min manat, qeyri-faiz  xərcləri isə 8 milyon 629 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti 697 min manat olub. “Turan Bank” 2018-ci ilin 9 ayını 65 min manat manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövrünü bank 379 min manat zərərlə başa vurmuşdu.

“Turan Bank”ın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon manat azalaraq 513 milyon 967 min manat olub. Bankın aktivlərinin 290 milyon 113 min manatını müştərilərə verilən kreditlər təşkil edir. Qiymətli kağızlarda olan investisiyaların həcmi 31 milyon 919 min manat olub. Bankın nağd vəsaitləri isə 27 milyon 518 min manat təşkil edib.

Bankın depozit portfeli illik müqayisədə 0,6% artaraq 253 milyon 314 min manata çatıb. “Turan Bank”ın cəmi öhdəlikləri 454 milyon 972 min manat təşkil edib.

 “Turan Bank”ın 2018-ci ilin 30 sentyabr tarixinə açıqladığı hesabata əsasən cəmi kapitalı 58 milyon 995 min manat olub.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla