Axtar

Ədliyyə Nazirliyindən digər Nazirliklərə ibrətlik davranış

Ədliyyə Nazirliyinin saytında Apellyasiya Şurasının iclasları barədə məlumatlar yerləşdirilib. Həmin məlumatlarda Şuranın iclasının vaxtı, şikayətçinin adı işin mahiyyəti və nəticələr qeyd olunub (http://www.justice.gov.az/?view=apel_post&id=5). Təqdirəlayiqdir ki, əksər şikayətlər şikayətçinin xeyrinə həll olunub. Təsəvvür edin ki, 11 illik təcrübəsi olan Vergilər Nazirliyinin Apellyasiya Şurası 3 illik təcrübəsi olan Ədliyyə Nazirliyinin Apellyasiya Şurasından fəaliyyət barədə məlumatlandırma baxımından geri qalır. Bu geriləmə təkcə məlumatlandırmadadırmı?

Məlumat üçün deyim ki, ilk dəfə Apellyasiya Şurası, (yəni inzibati aktdan şikayət instansiyası) Vergilər Nazirliyində 2008-ci ildən fəaliyyətə başlayıb. ilk 8 ildə Apellyasiya Şurası aktiv fəaliyyətə başlamışdır. Şurada baxılan işlər barədə Nazirliyin saytında geniş məlumatlar yerləşdirirlirdi. Hətta şəxsən iştirak etdiyim iclaslarda Məhkəmələrin cürət etmədiyi qərarlar, məsələn vergi orqanının hərəkətinin QANUNSUZ hesab edilməsi barədə (bank hesabından qeyri-qanuni vəsait silindiyi üçün) qərarlar qəbul edib. Daha sonra Prezident Fərmanına əsasən 2016-cı ilin fevral ayından bütün Nazirliklərdə Apellyasiya Şuraları yaradılıb. Təəssüf hissi ilə bildirirəm ki, digər Nazirliklərlə müqaisədə ən çox təcrübəsi olan Vergi Apellyasiya Şurası indi acınacaqlı vəziyyətdədir (axrıncı dəfə Şuranın fəaliyyəti barədə məlumat 2017-ci ilin sonunda yerləşdirilib (http://www.taxes.gov.az/modul.php?name=apellyasiya&cat=4)).

Səbəbini izah etməyə çalışacadağam:

Mübahisələrin məhkəmədənkənar həlli üçün 3 mərhələ aparılır:

1) inzibati aktdan, hərəkət və hərəkətsizlikdən funksional orqana şikayət
2) Nazirliyin Apellyasiya Şurasına şikayət
3) Prezident yanında Apellyasiya Şurasına şikayət

Birinci mərhələ şikayətə baxıb qərar qəbul etməlidir ki, şikayətçi növbəti mərhələ üzrə Apellyasiya Şurasına, onun qərarından isə Prezident yanında Apellyasiya Şurasına şikayət təqdim edə bilsin. Amma təəssüf ki, aylarla şikayət Vergilər Nazirliyində "ilişib" qalır. Ya əksər halda baxılmır, ya da müxtəlif bəhanələrlə qərar qəbul edilməkdən imtina edilir. Yetərki, Vergi Apellyasiya Şurasının qərarından Prezident yanında Apellyasiya Şurasına şikayət təqdim oluna BİLMƏSİN.

ps. Prezident yanında Apellyasiya Şurası yeganə orqandır ki, həmin Şuranın iclasına telefonla daxil ola bilirsən və Şuranın Qərarı açıq səsvermə yolu ilə qəbul olunur.

 

Ekspert Vəli Əliyev

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33