Axtar

Düzü, anlamıram nə baş verir

Anlaşılmazlıq, yoxsa kordinasiyanın yetərsizliyi ?

Ötən il Prezident İlham Əliyevin Sərəncamı ilə “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası” yaradılıb. XDMX rəsmisi, general Mürsəl Vəliyev Komissiyanın rəhbəri təyin edilib.

Bundan sonra dövlət sektorunda informasiya təhlükəsizliyi istiqamətində bir sıra addımların atıldığı müşahidə olunmağa başladı. Bir müddət öncə də dövlət qurumlarında artıq Kaspersky məhsullarından imtina ilə bağli tövsiyyələrin olduğu bildirilirdi . Artıq prosesin başa çatdığı və təhlükəszilik məqsədilə dövlət qurumlarında yalnız Yaponiyanın TrendMicro məhsuluna üstünlük verildiyi məlum oldu. Bu istiqamətdə XDMX tərəfindən təlimlər də təşkil olundu.

Bu həmin dövrə təsadüf edirdi ki, bir sıra dövlətlər Kaspersky-ni Rüsiya Xüsusi xidməti ilə əməkdaşlıqda günahlandırırdı. Amma qəribədir ki, ölkədə Kordinasiya edici qurum tərəfindən belə bir siyasət aparıldığı zaman, bir neçə gün öncə, digər bir əhəmiyyətli dövlət qurumu, DATA Mərkəzin operatoru olan AzİnTelecom ilə "Kasperski Lab" arasında əməkdaşlıq protokolu imzalandı. Hansı ki “Kaspersky Lab” öz təhlükəsizilik həllərini Data Mərkəzdən istiafdə edən dövlət qurumlarımıza təklif edəcək.

Düzü, anlamıram nə baş verir.

Ekspert Osman Gündüz

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33