Axtar

"Gömrük Hospitalında xüsusi şöbədə yalnız Fikrət Qədiməliyevin ailə üzvləri qəbul olunurdu"

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin sabiq rəisi Fikrət Qədiməliyev, müavini Fərman Məmmədli və digər şəxslərin məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, prosesdə Fərman Məmmədli bildirib ki, Gömrük Hospitalında xüsusi olaraq “Fikrət Qədiməliyev şöbəsi” yaradılıbmış: “Bu şöbədə yalnız Fikrət Qədiməliyevin ailə üzvləri, qohumları və tanışları qəbul olunurdu. Həmin adamlara bütün xidmətlər pulsuz idi”. 

Hospitalın əczaçısı Sevinc Qurbanova deyib ki, gün ərzində 1000 manatlıq mal satsalar da, yalnız 20-30 manatı rəsmiləşdiriblər: “Bizə belə göstəriş verilmişdi”. 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisinin müavini Azər Mustafayev deyib ki, bəzi şirkətlərin malları yoxlanılmadan gömrükdən keçirilib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla