Axtar

Bakıya 1 milyon keçirmək istəyən azərbaycanlı - SAXLANILDI

Rusiyanın Stavropol diyarının Mineralnıye Vodı sərhəd keçid məntəqəsindən qanunsuz yolla külli miqdarda pul keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

"BI"nin “STV24”ə istinadən xəbərinə görə, bu barədə Mineralnıye Vodı sərhəd keçid məntəqəsinin mətbuat xidməti məlumat yayıb.

Eləcə də bax: "Gömrük Hospitalında xüsusi şöbədə yalnız Fikrət Qədiməliyevin ailə üzvləri qəbul olunurdu"

Hadisə martın 10-da baş verib. Belə ki, “Mineralnıye Vodı - Bakı” reysinə minən azərbaycanlı sərhəddən 1,1 milyon rublu (təxminən 16 min dollar) qanunsuz olaraq keçirməyə cəhd edib. Lakin gömrük nəzarəti zonasında yoxlamalar zamanı onun üzərindəki pulun miqdarının daşınma üçün icazə verilən məbləğdən çox olduğu məlum olub. 

Sözügedən valyuta müsadirə edilib. 

Qanunu pozan şəxsi indi böyük miqdarda cərimə gözləyir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla