Axtar

"Nurgun Holding" işçi axtarır - VAKANSİYA

Katibə-referent

Tələblər:

- ali təhsil
- 1 il katibə-referent sahəsində iş təcrübəsi 
- xanım namizəd, yaş həddi  25 - 30
- xoş xarici görünüş
- Azərbaycan dilində səlis danışmalı  
- ofis proqramlarından (Word, Excel, Outlook, İnternet) sərbəst istifadə etməli 
- ofis avadanlıqları ilə işləmək bacarığı (printer, scan, faks) 
- işgüzar münasibət etikasını bilməli 
- işində səliqəli, məsuliyyətli və ünsiyyətcil olmalı 
- təşkilatçılıq bacarığı 
- sənədləşmə işinin aparılması bacarığı

Vəzifə öhdəlikləri:

- daxil və xaric olan sənədlərin qeydiyyatını aparır;
- telefonlara cavab verir və lazımı ünvanlara istiqamətləndirir;
- rəhbərliyin qonaqlarını qarşılayır;
- rəhbərliyə və qonaqlara çay/kofe/su təqdim edir; 
- daxil olan sənədlər və digər məlumatlar barədə rəbərliyi vaxtında məlumatlandırır;
- baxılmaq üçün rəhbərə təqdim edilmiş məktubları qəbul edir, qəbul edilmiş qərara əsasən onları cavab hazırlanması, yaxud iş prosesində istifadə edilməsi üçün struktur bölmələrinə və ya konkret vəzifəli şəxslərə verir;
- kargüzarlığı aparır, kompüter vasitəsilə müxtəlif əməliyyatlar yerinə yetirir;
- rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlər tərtib edir və məktub müəlliflərinə cavablar hazırlayır;
- qəbula gələnlərin qəbulunu təşkil edir, işçilərin təklif və xahişlərinə vaxtında baxılmasına kömək edir;
- rəhbərin iclas və müşavirələrinin keçirilməsini, iclasların ehtiyac olduqda protokollaşdırılmasını təşkil edir; 
- rəhbərin tabeçiliyindəki idarə və bölmələrə onun verdiyi göstərişlərin uçotunu aparır və icra olunmasını nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərə məruzələr edir
- rəhbərin ayrı-ayrı xidməti tapşırıqlarını icra edir.

Namizədlərdən şəkil əlavə olunmuş tərcümeyi halını hr@nurgun.az ünvanına göndərməyini və elektron məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını (Katibə-referent) göstərməyini xahiş edirik.

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33