Axtar

"AccessBank"dan gedən səhmdarların payı nə qədər idi?

"AccessBank"ın səhmdarlarının tərkibi dəyişib. Avropa Yenidənqurma və İnkişaf Bankı, Almaniyanın KfW bankı və “Access Microfinance Holding AG” səhmdarlıqdan gediblər.

"BI" xəbər verir ki,  "AccessBank"ın açıqladığı məlumata görə, həmin bankların səhmlərinin satılması nəticəsində 118,5 milyon manat bankın nizamnamə kapitalına əlavə olunub.

Avropa Yenidənqurma və İnkişaf Bankının 20,00 % səhmi, Almaniyanın KfW bankının 20,00% səhmi, “Access Microfinance Holding AG” 16,53% səhmi  “LFS Advisory GmbH”yə satılıb.

Ümumilikdə bankın 56,53% səhm paketi başqa səhmdara ötürülüb və nəticədə dollarla ifadədə kapitala 69,6 milyon dollar əlavə olunub. 

Onu da qeyd edək ki, bu məbləğ əsasən bankın birinci dərəcəli kapitalında öz əksini tapacaq. Bununla yanaşı, bankın məcmu kapitalı da artacaq və prudensial normanın üstündə olacaq. İlkin rəqəmlərə görə, məcmu kapitalın 70 milyon manat olacağı açıqlanıb.  

Beləliklə, hazırda "AccessBank" səhmdarlarının sayının çoxluğuna və pay bölgüsünün diversifikasiyasına görə, Azərbaycanda ən uğurlu bank sayıla bilər. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33