Axtar

"Bakı Metropoliteni"ndən ittihamlara - CAVAB

“Bakı Metropoliteni” QSC metro stansiyalarının tikintisində heç bir təhlükəyə yol verməyib.

"BI"nin məlumatına  görə, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında  bildirib.

Onun sözlərinə görə, əgər tikinti işləri zamanı qaydalara ciddi riayət olunmasaydı böyük sayda insan tələfatı olardı. 

“Bunlar yoxdursa demək tikinti işləri bütün normalara uyğun aparılıb. Böhtan atmaqla deyil”.

QSC rəsmisi qeyd edib ki, metropolitenin elə bir sahəsi yoxdur ki, normadan artıq işlənməyə yol verilsin: 

“Ümumiyyətlə, hərəkət təhlükəsizliyi ilə bizim işçiləri bir dəqiqədən artıq saxlamağa ixtiyarımız yoxdur. Biz bu hallara yol verə bilmirik”.

Xatırladaq ki, bundan əvvəl yerli KİV-də metropilten işçilərinin rəhbərlikdən şikayəti yer alıb.

Onlar iddia edirlər ki, metropolitenda işə qəbulda təcrübə və peşəkarlıq nəzərə alınmır:

Şikayətçilər bildiriblər ki, tuneldə və qatarda heç vaxt işləməmiş insanlar çalışırlar, və onlar fövqəladə hallarda qatarı necə idarə etmələri sərnişinlərin taleyini təhlükəyə atırlar.

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33