Axtar

Ramil Usubovdan - YENİ TƏYİNATLAR

Daxili işlər orqanlarında yeni təyinat olub.

"BI" xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini, polis mayoru Azər Əfəndiyev tutduğu vəzifədən azad edilərək Zərdab rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Bundan başqa, Xocavənd rayon Polis Şöbəsinin rəisi Yadigar Hüseynov tutduğu vəzifədən azad edilib. Onun yerinə Füzuli rayon Polis Şöbəsinin rəis müavini Xəyyam Mirhüseynov təyin edilib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33