Axtar

Xarici ticarət əməliyyatları Azərbaycanın xeyrinədir - 2 AYDA 729 milyon DOLLAR ARTIQLIQ

2019-cu ilin Yanvar-Fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 milyard 317 milyon 941 min ABŞ dolları təşkil edib.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilk iki ayda idxal 2 milyard 165 milyon 812 min ABŞ dolları, ixrac isə 3 milyard 152 milyon 129 min ABŞ dolları təşkil edib.

Fevralda ixracın məbləği 1 milyard 872 milyon 506 min dollar, idxalın məbləği isə 1 milyard 143 milyon 181 min dollar, saldo müsbət 729 milyon 326 min dollar təşkil edib. Cari ilin Yanvarında ixracın məbləği 1 milyard 279 milyon 622 min dollar, idxalın məbləği isə 1  milyard 22 milyon 631 min dollar, saldo isə 256 milyon 991 min dollar təşkil etmişdi.

Azərbaycanın ixracının 90%-ə yaxını xam neft və təbii qaz ixracının hesabına formalaşır. İxracın artması neftin qiymətinin yüksəlməsilə bağlıdır. 

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33