Axtar

Kartofa qoyulan ixrac rüsumu ləğv ediləcək?

Kartofun ixracına qoyulan gömrük rüsumunun götürülməsi barədə xəbərlər yayılsa da, bu hələki rəsmi təsdiqini tapmayıb. 

"Businessinsider.az"ın xəbərinə görə, fermerlərə rüsumun ləğv ediləcəyi bildirilib. Faraş kartofun ömrünün az olduğunu nəzərə alaraq, sahibkarlar zərərə düşməsin deyə hökumətin belə bir qərar verəcəyi gözlənilir. Nazirliklərdəki mənbələr isə bununla bağlı hökumətdə müzakirələr getdiyini təsdiqləsələr də qərarın ləğvi barədə konkret fikir söyləmədilər. Belə ki, versiyalardan biri belədir ki, kartofun ixracına qoyulan rüsum yarıbayarı azaldılsın. 

“Qərarın müddətinin bitməsinə onsuz da 21 gün qalıb. Ona görə də ləğv edilməsi o qədər də gözlənilən deyil”, deyə mənbə qeyd edib. 

Qeyd edək ki, son vaxtlar daxili bazarda kartof, soğan və kələmin qiymətlərində ciddi artım baş verib. Bununla əlaqədar, Nazirlər Kabinetinin 5 aprel 2019-cu il tarixli qərarı ilə beynəlxalq təcrübəyə uyğun olaraq, həmin məhsulların istehsal mövsümü də nəzərə alınmaqla, kartofun ixracına bu il aprelin 30-na qədər, soğan və kələmin ixracına isə bu il mayın 31-nə qədər ixrac rüsumu tətbiq edilib.
Bundan başqa, soğanın idxalına tətbiq olunan spesifik rüsum həmin müddətə qədər ləğv edilib.

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33