Axtar

Bank 9 milyon manata yaxın zərər edib: Hesabat

“Bank Melli İran” Bakı filialı  2019-ci ilin birinci rübü üzrə maliyyə vəziyyətini açıqlayıb.

Aktivləri azalıb

BI bankın 2019-ci ilin birinci rübünün balans hesabatına istinadən xəbər verir ki, bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% azalaraq 104 milyon 152 min manat təşkil edib. Bankın nağd vəsaitləri isə illik müqayisədə 2,1% artaraq 60 milyon 942 min manata çatıb. “Bank Melli İran” Bakı filialının müştərilərinə verdiyi kreditin həcmi ötən ilin birinci rübü ilə müqayisədə 4,3% artıb. Bankın kredit portfeli 3 milyon 477 min manat təşkil edib.

Öhdəlikləri artıb

“Bank Melli İran”ın cəmi öhdəlikləri illik müqayisədə 6,6% artaraq 42 milyon 424 min manat olub. Bankın öhdəliklərinin 11 milyon 153 min manatını müştəri hesabları, 30 milyon 541 min manatını Maliyə inistitutları qarşısındakı öhdəliklər təşkil edir. 
Bankın cəmi kapitalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6% azalaraq 61 milyon 728 min manat olub.

Bank zərərlə işləyir

BI Bankın mənfəət və zərər hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə bankın faiz gəlirləri  700 min manat, haqq və komissiya gəlirləri 35 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 202 min manat təşkil edib.
Bank aktivlər üzrə ehtiyatlara 9 milyon 156 min ayırıb. “Bank Melli İran” Bakı filialı 2019-ci ilin birinci rübünü 8 milyon 603 min manat zərərlə başa vurub. Halbuki, bank 2018-ci ilin yanvar-mart ayında 855 min manat xalis mənfəət əldə etmişdi.

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33