Axtar

"Kapital Bank"da - YENİ TƏYİNATLAR - FOTOLAR

Kapital Bank-ın strukturunda dəyişikliklər və yeni  təyinatlar olub.

Bankdan "BI"yə daxil olmuş məlumata görə, Müştəri Menecmenti departamentinin direktoru Samir Məmmədov Baş Marketinq İnzibatçısı, Komplayens departamentinin direktoru Kamal Abdullayev Baş Komplayens İnzibatçısı vəzifəsinə təyin olunub.

Bank Məhsulları departamentinin direktoru İqbal Rüstəmov İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
Həmçinin İlahə Qazıyeva Əməliyyat departamentinin, Nəsimi Xasiyev Kiçik və Orta Sahibkarlarla İş departamentinin, Tural Ayvazlı isə Filial Şəbəkəsinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.
İT İnfrastruktur departamentinin direktoru Renad Cəfərov Bank Sistemlərinin İdarə Edilməsi departamentinin direktoru təyin olunub.

Bundan başqa Hüquq departamentinin adı dəyişərək Hüquq və Komplayens departamenti,  İT İnnovasiya və İnkişaf departamenti isə İnformasiya Sistemlərinin İnkişafı departamenti olub.

 

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33