Axtar

"Formula-1" Bakıda kirayə qiymətlərini artırıb - MƏBLƏĞLƏR

Bakının kirayə mənzillər bazarında qiymələrin artımı müşahidə edilir. Bu barədə "VECON" MMC qiymətləndirmə şirkətinin direktoru Vüqar Orucov məlumat verib. Onun sözlərinə görə 2018-ci il ilə müqayisədə kirayə qiymətlərində 3-7 faiz artım var

Hazırda mərkəzdə kirayə haqları - İçərişəhər, Sahil, Gənclik, Nərmanovda 1kv metr üçün 10-15 manat arasında dəyişir. Məsələn, 2 otaqlı köhnə tikilidə kirayə haqqı 700-800 manat civarindadır. Nisbətən kənar ərazilərdə, məsələn, Əhmədli, Həzi Aslanov ərazilərdə isə eyni mənzillər üçün kirayə haqları 300-350 manat arasında dəyişir.

Ekspertin sözlərinə görə, qiymət artımının əsas səbəbi aprelin sonunda Bakıda "Formula-1" yarışlarının keçirilməsidir: "Yarışları seyr etməyə gələn turistlərin əksəriyyəti otelləri sifariş verirlər. Amma şəhərin mərkəzində ayrı-ayrı yerlərdə mənzillərin kirayə verilməsi də mümkündür. Ən çox günlük evlərə tələbat olduğuna görə kirayə qiymətləri 30-100 dollar arasında dəyişir".

Ekspert bildirir ki, fərqli ölkələrdən gələn turistlər fərqli qiymətə evlər axtarırlar: "Şərqi Avropadan gələn turistlər nisbətən ucuz, Qərbi Avropadan və ərəb ölkələrindən gələnlər isə daha bahalı evlər axtarırlar".

V.Orucov bildirir ki, mənzillərin kirayə haqlarında tələbatın artması müvəqqəti haldır, ilin sonunda qiymətlərin yenidən sabitləşəcəyi gözlənilir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33