Axtar

“Azərbaycanın yeni iqtisadi modeli hazırlanır”

“Azərbaycanın yeni iqtisadi modeli hazırlanır”. Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Əli Həsənov Xəzər TV-yə müsahibəsində bildirib ki, yeni model bazar iqtisadiyyatı prinsipləri əsasında hazırlanır və sahibkarlara daha yaxşı şəraitin yaradılmasını nəzərdə tutur.

Prezidentin köməkçisi onu da bildirib ki, yeni iqtisadi model həyata keçirilən islahatların davamıdır.

Əli Həsənovun sözlərinə görə, iqtisadi sahədə həyata keçirilən islahatlar artıq başlanğıc mərhələsində öz effektini verib. Bunun ən bariz nümunəsi vergi və gömrük daxilolmalarındakı artımdır.

Sosial islahatlardan da danışan Prezidentin köməkçisi bunun davamlı proses olduğunu deyib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33