Axtar

"Kupça"lar telefona gələcək - Azərbaycanda ilk dəfə –TƏQDİMAT

Aprelin 18-dən etibarən Azərbaycanda mülkiyyət çıxarışlarının verilməsi elektron müstəviyə keçəcək. "Businessinsider.az" xəbər verir ki, "Daşınmaz əmlakın reyestri haqqında" dəyişikliyə görə, kağız çıxarış dövrünə son qoyulur. 

Dəyişiklik nəticəsində vətəndaşlar və şirkətlər üçün müdkiyyət çıxarışları onların təqdim etdiyi elektron ünvana göndəriləcək və ya şəxslərə bu sənədin yerləşdirildiyi link göndəriləcək. Nəticədə vətəndaşlar çıxarışa harada olmasından və hansı vaxt olmasındae asılı olmayaraq istənilən vaxt, istənilən elektron cihazda – kompüter, telefon və sair baxa biləcəklər. 

Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi “Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda İctimai Təqdimat keçirəcək. Tədbir aprelin 16-sı saat 13:30-da baş tutacaq. 

Tədbirin keçirilməsində məqsəd operativ istifadə imkanları olan elektron çıxarışa tam keçidin üstünlükləri, onun vətəndaşlar üçün yaratdığı fürsətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. İctimai Təqdimatda Dünya Bankının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, əmlak ekspertləri media nümayəndələri iştirak edəcək.

Tədbir aprelin 16-sı saat 13:30-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20, Ulduz metrosunun yanı) keçiriləcək. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33