Axtar

Avtomobilini lisenziyası dayandırılan sığorta şirkətlərində sığortalayanları nə gözləyir?

""Atasığorta" və "Atəşgah Sığorta" şirkətlərinin müvəqqəti lisenziyasının dayandırılması onların qərarın çıxdığı tarixədək bağladıqları müqaviləyə heç bir aidiyyatı yoxdur".

"BI" xəbər verir ki, bunu sığorta üzrə ekspert İlkin İbrahimov deyib. Ekspert bildirib ki, sözügedən sığorta şirkətlərinin "Avtonəqliyyat vasitələrinin mülki məsuliyyət sığortası" ilə bağlı müvəqqəti lisenziyasının dayandırılması onların 12.04.2019 cu il tarixədək bağladıqları müqaviləyə heç bir aidiyyatı yoxdur, müqavilə bitmə tarixinədək davam edir.

Sığorta üzrə ekspert İlkin İbrahimov

Qəza baş verərsə və zərərvuranın icbari sığortası "Atasığorta" və "Atəşgah Sığorta" şirkətlərindədirsə müraciətinizi əvvəlki qayda üzrə hər iki sığorta şirkətlərinin qəza tənzimlənmə ofislərinə müraciət edə bilərsiz

Qeyd edək ki, “AtaSığorta” ASC və “Atəşgah” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Mülki Məcəlləyə, “Sığorta fəaliyyəti haqqında” Qanuna və “İcbari sığortalar haqqında” Qanuna uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar ASC-lərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən Palatanın İdarə Heyətinin 12 aprel tarixli qərarı ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” və “Atəşgah” ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33