Axtar

Türkiyədə rekord işsizlik açıqlandı, Türk Lirəsi dəyərdən düşdü

Türkiyədə işsizlik nisbəti Yanvarda 14.7%-ə, gənclər arasında işsizlik isə 26,7%-ə yüksəlib.
 
"BI" xəbər verir ki, Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına görə, Türkiyədə yaşı 15 və daha yuxarı olan işsizlərin sayı 2019-cu ilin Yanvarında ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 259 min nəfər artaraq 4 milyon 668 min nəfər olub. İşsizlik nisbəti 3,9 bənd artım ilə 14,7% səviyyəsində baş tutub. Proqnoz 14,6% idi. 

 

Həmin dövrdə; kənd təsərrüfatı xaric işsizlik nisbəti 4,1 bəndlik artım ilə 16,8% təşkil edib. Gənc əhali (15-24 yaş) arasında işsizlik nisbəti 6,8 bənd artım ilə 26,7%,15-64 yaş qrupunda isə bu nisbət 3,9 bənd artım ilə 15% təşkil edib.

Əlaqə

Email : editor@businessinsider.az

Tel : +994 70 500 12 33