Axtar

Hesablama Palatasının zərəri 3 dəfəyə yaxın artıb

Hesablama Palatasının cəmi aktivləri bu il yanvarın 1-nə 5,841 milyon manat təşkil edib.

"BI" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,5% azdır.

Hesabat dövründə Hesablama Palatasının cəmi öhdəlikləri 5 dəfə artaraq 85 min manata, cəmi kapitalı isə 2,5% azalaraq 5,757 milyon manata düşüb.

2018-ci ildə Hesablama Palatasının gəlirləri 3,653 milyon manat (2017-ci ilə nisbətən 7% çox), xərcləri isə 3,806 milyon manat (9,6% çox) təşkil edib. Son nəticədə qurum ötən ili 153 min manat zərərlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 2,6 dəfə çoxdur. 

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33