Axtar

“Unibank”ın nağd pulları artıb

Azərbaycanda pərakəndə bank bazarının lideri olan Unibank bu ilin 3-cü rübünün nəticələri üzrə bəzi rəqəmlərdə geriləyib.

Faiz gəlirləri azalıb

BI hesabata əsasən xəbər verir ki, “Unibank”ın faiz gəlirləri bir illik müqayisədə 38,6% azalaraq 34 milyon 631 min manata düşüb. Halbuki, ötən ilin eyni dövründə faiz gəlirləri 56 milyon 459 min manat olmuşdu. Təbii ki, bu da bankın kredit portfelindəki vəziyyətlə birbaşa  bağlıdır.

Bankın faiz xərcləri də illik müqayisədə 16,6% azalaraq 16 milyon 317 min manata düşüb. Bankın qeyri-faiz zərəri 23 milyon 874 min manat olub.

“Unibank” 2018-ci ilin üçüncü rübünü 34 milyon 172 min manat xalis mənfəət açıqlayıb. Belə ki, bank 2017-ci ilin üçüncü rübünü 10 milyon 755 min manat zərərlə başa vurmuşdu.

Nağd vəsaitləri kəskin artıb

“Bİ” bankın 2018-ci ilin üçüncü rübünün balans hesabatına əsasən xəbər verir ki, “Unibank”ın cəmi aktivləri illik müqayisədə 10,6% artaraq 669 milyon 329 min manat olub. Aktivlərində 398 milyon 640 min manatını müştərilərə verilmiş kreditlər təşkil edir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artım deməkdir. Bankın qiymətli kağızlarda investisiyaları illik müqayisədə 5,6 dəfə azalaraq 4 milyon 899 min manat olub. “Unibank”ın nağd vəsaitləri 2,6 dəfə artaraq 79 milyon 914 min manata çatıb.

 

Bankın cəmi öhdəlikləri illik müqayisədə 4% artaraq 584 milyon 679 min manat təşkil edib. “Unibank”da müştəri hesablarının cəmi məbləği 412 milyon 645 min manat olub.

“Unibank”ın 2018-ci ilin 30 sentyabr tarixinə açıqladığı hesabata əsasən cəmi kapitalı 84 milyon 650 min manat olub.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33

"ENA.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla