Axtar

Bakıda parkinq qiymətləri dəyişəcək

"Bakının müəyyən yerlərində qurşadırılmış parkomatlar və onun yanında xidmət göstərən insanlar, ya insana, ya da avtomobilə görə fərqli qiymətlər müəyyən edir. Bunlar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qiymətlər olmalı idi. Bu günə qədər biz təsdiqini ala tapa bilməmişik".

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərmli bildirib. 

Sədr əlavə edib ki, şəhər mərkəzindəki qiymətlərlə, şəhərətrafındakı qiymətlər eyni ola bilməz: "Bununla əlaqədar olaraq işlərimiz yekunlaşmaq üzrədir. Müvafiq hökumət qurumlarına da müraciətlərimiz olacaq. Nəinki küçə parklamaları, eyni zamanda yeraltı qarajlarda da tarifin əsaslandırma ilə tətbiqini düşünürük. Demək olar ki, yeraltı parkinqlərlə əlaqədar təklifləri göndərmişik. Yürüstü parklmalarla əlaqədar Bakını zonalara ayırmaqla onun hesablanması aparılır".
 
 
 Vüsal Kərmli "Bizim tətbiq edəcəyimiz parkinq sisteminin məqsədi nağdsız ödənişləri təşviq etməkdir" deyərək sözlərinə belə davam edib: "Yeni sistemdə həmçinin, telefon vasitəsilə avtomobilinizin ölçülərinə uyğun yer sifariş edə biləcəksiniz. Gələn ildən şəhərin müəyyən girişlərində elektorn tablolar quraşdırmaq istəyirik ki, ən yaxın parkinq və boş yerlər barədə məlumatlar yer alsın. Məsələn, elə insanlar var ki, iş yerindən asılı olaraq həftənin 5 günü eyni yerdə parkinqdən istifadə edir. Bunun əvvəlcədən sifarişi, əvvəlcədən ödəniş etmək kimi seçimləri olacaq. Tətbiq edəcəyimiz bütün həll yolları bugünün informasiya və kommunikasiya texnologiyalarına cavab verəcək".

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33