"Beynəlxalq Bank" işçi axtarır - VAKANSİYA

“ABB” ASC İri Korporativ Müştərilərin Kreditləşməsi Şöbəsinə baş kredit analitiki axtarışındadır.
Vəzifə öhdəlikləri:
Korporativ müştərilərlə görüşlərin keçirilməsi və müvafiq təhlil sənədlərinin toplanması;
Təqdim olunmuş məlumatlar əsasında maliyyə və qeyri maliyyə təhlilinin həyata keçirilməsi;
Kredit sifarişinin strukturu üzrə qərarın verilməsi və müvafiq təqdimatların hazırlanması;
Kredit sfarişlərinin Kredit Komitəsində təqdim olunması.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil (Maliyyə və İqtisadiyyat üzrə arzuolunandır)
Maliyyə və kredit analitiki kimi minimum 2 il iş təcrübəsi;
CFA proqramı üzrə və İFRS biliklərinin olması;
Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi arzuolunandır;
MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
Analatiki bacarıqlar, vaxtın idarəedilməsi və yüksək səviyyədə ünsiyyət bacarığı.
Bu iş sizə nələri qazandıracaq:
Bankın kreditləşmə sahəsində iş proseslərini dərindən öyrənmə imkanları;
İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 5 fevral 2019-cu il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Baş kredit analitiki” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az