Azərbaycanın real sektorunda biznesin İnam İndeksləri necədir? - CƏDVƏL

Azərbaycan Mərkəzi Bankı real sektor üzrə Fəallıq İndekslərini açıqlayıb.
İndekslərdə görünür ki, ötən ilin sonu ilə müqayisədə xidmət və pərakəndə ticarət sektorunda yanvar-fevral aylarında inam indeksləri aşağı düşüb. Sənaye və tikinti sektorlarında isə inam indeksi artıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə isə aşağıdakı vəziyyət hökm sürür.
Sektor |
İnam indeksi, 2024, fevral |
İnam indeksi, 2025, fevral |
Sənaye |
-4,4 |
9,8 |
Tikinti |
-0,4 |
-0,1 |
Pərakəndə ticarət |
14,2 |
10,5 |
Xidmət |
42,8 |
16,2 |
Qeyd edək ki, Sənayedə İnam İndeksi: 3 aylıq məhsul istehsalı – hazır məhsul ehtiyatı + istehsal gözləntiləri şəklində formalaşır.
Tikintidə İnam İndeksi: 3 aylıq icraya qəbul edilmiş sifarişlər + işçilərin sayının dəyişməsi gözləntiləri əsasında müəyyən edilir.
Pərakəndə Ticarət İnam İndeksi: 3 aylıq faktiki satış – mal ehtiyatlarının dəyişməsi + satış üzrə gözləntilər gesablanmaqla müəyyən edilir.
Xidmət İnam İndeksi: Biznes şəraiti + xidmət inam indeksi faktiki tələb + tələb gözləntisi əsasında formalaşır.