ENA+

İstanbulda seçkinin qalibi məlum oldu

İstanbul  "İmamoğlu" dedi. CHP-li Əkrəm İmamoğlu, İstanbulda təkrarlanan seçkini AKP-li Binalı Yıldırıma 806 min 415 səs fərqlə yenidən qazandı.

İstanbullda Böyükşəhər Bələdiyyə Sədri seçkisi başa çatıb.

10 milyondan artıq seçici 31 min 342 məntəqədə səs verib. Səsvermə prosesi saat 17.00-da başa çatıb.

 İlk nəticələrə görə Prezident Rəcəb Tayib Ərdoğanın rəhbərlik etdiyi Ak Partinin namizədi Binali Yıldırım 45,09 faiz, CHP-nin namizədi Ekrem İmamoğlu 54,03 faiz səs toplayıb.

Martda keçirilmiş seçkidə Ekrem İmamoğlu önə keçdikdən sonra Türk Lirəsi bahalaşmışdı. 

Binali Yıldırım  "Bu an etibarilə rəqibim Ekrem İmamoğlu öndədir. Önu təbrik edirəm. Uğurlar arzulayıram", - deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)