İqtisadiyyat Nazirliyi "VISA" şirkəti ilə Anlaşma Memorandumu imzaladı

İqtisadiyyat Nazirliyi ilə "VISA" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
" "VISA" şirkətinin MDB, Şərqi və Cənub-Şərqi Avropa ölkələri üzrə baş vitse-prezidenti Kristina Doroş ilə görüşdə əməkdaşlıq imkanları, rəqəmsal ödəniş ekosisteminin inkişafı, həmçinin KOB-lara dəstək mexanizmləri barədə fikir mübadiləsi apardıq. Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi ilə şirkət arasında imzalanan Anlaşma Memorandumu ölkəmizdə müasir maliyyə həllərinin genişləndirilməsinə və maliyyə inklüzivliyinin təşviqinə xidmət edəcək".- deyə nazir bildirib.