Sürücülük vəsiqəsi ilə bağlı - YENİLİK

Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır.
"BI" xəbər verir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilir.
-
Eləcə də bax: Ölçüsü iki dəfə kiçildiləcək - YENİ QANUN
Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. Hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.
Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.