Birja

Qızılın qiyməti 3600 dolları ötdü (03.09.2025)

Qızılın qiyməti bu gün də tarixi yüksəlişini davam etdirərək 3.600 dolları keçib.

ENA.az xəbər verir ki, buna bazarlarda davam edən qeyri-müəyyənlik və ABŞ Federal Ehtiyat Sisteminin bu ay faiz dərəcələrini azaldacağına dair artan investor inamı fonunda qiymətli metala tələbin güclənməsi səbəb olub.

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 0.31% artaraq 3.603 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 0.13% artaraq 41.64 ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)