Gündəm

Azərbaycanda hava dəyişir - Leysan YAĞACAQ

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında sentyabrın 4-6-da əsasən gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə ENA.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)