Binəli Yıldırıma verilən səslərin sayı 11 min artdı - İstanbulda yenidən sayım

AKP-nin etirazından sonra İstanbulda bələdiyyə seçkiləri üçün səs verilən 530 sandıqda səslər yenidən sayılıb.
"BI" NTV-yə istinadən xəbər verir ki, sayımdan sonra AKP-nin namizədi Binəli Yıldırımın lehinə 11 min 109 səs artıb.
Bununla da CHP-nin namizədi Əkrəm İmamoğlu ilə aradakı fərq 19 minə düşüb.
AKP sədrinin köməkçisi Əli İnsan Yavuz bildirib ki, 5857 sandıqda isə etibarsız səslər yenidən sayılıb. Onlardan 1641-i Binəli Yıldırım lehinə olub.
Qeyd edək ki, hazırda bir neçə qəsəbədə yenidən sayım davam edir.