Prezident gələn il üçün ehtiyac meyarını təsdiqlədi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb. BI xəbər verir ki, bununla bağlı qanunda deyilir:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi
Bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.