Gündəm

İdarə rəisi həbs edildi - Korrupsiya cinayətlərində təqsirləndirilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib.

Məlumata görə, R.Şükürov korrupsiya cinayətlərində təqsirləndirilir. 

Həmin rəis bir müddət əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılmışdı. Amma həmin vaxt barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdi. 

Bu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə ilkin istintaq müddəti üçün 3 aylıq həbs edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)