BDU-da yoxlamalar başlayıb

Noyabrın 15-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun fəaliyyəti yoxlanılır.
Məlumata görə, iki gün əvvəl eyni vaxtda hüquq-mühafizə orqanları da daxil olmaqla, bir neçə qurum BDU-da yoxlamalara başlayıb.
Mənbə bildirib ki, A.Məhərrəmovdan dərhal sonra prorektorların da işdən uzaqalaşdırılmasına səbəb bu yoxlamalardır.