Novruz Məmmədovdan - YENİ TƏYİNATLAR

Baş nazir Novruz Məmmədov Nazirlər Kabineti Aparatında iki yüksək vəzifəyə təyinat edib.
“BI”nin Musavat.com-a istinadən məlumatına görə, Qasım Abdullayev Nazirlər Kabineti Aparatının Kommunikasiya tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin olunub. Buna qədər Q.Abdullayev həmin şöbənin müdir müavini vəzifəsində işləyib.
Eləcə də bax: Prezident Administrasiyasında - YENİ TƏYİNAT
N.Məmmədovun digər sərəncamı ilə Ənvər Məmmədov Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin Xidmət və Təchizat Sektorunun müdiri vəzifəsindən azad edilərək, həmin idarənin Nəqliyyat Xidməti Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.