Prezident dəyişikliyi təsdiqlədi – 100 manat rüsum tutulacaq

Yeni rüsum müəyyənləşib.
Bu, Prezident İlham Əiyevin bu gün təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, qanuna edilən yeni – 20.5-ci maddə ilə yeni rüsum dərəcəsi müəyyənləşib. Belə ki, təmərküzləşmə ilə bağlı ərizələrin araşdırılmasına görə 100 manat dövlət rüsumu tutulacaq.