MALİYYƏ

Mərkəzi Bank daha bir elektron təşkilatına lisenziya verdi

Mərkəzi Bankın İdarə Heyətinin 09 aprel 2025-ci il tarixli Qərarı ilə “Guavapay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verilib.

Bununla da elektron pul təşkilatlarının sayı 18-ə yüksəlib.

Hazırda lisenziyalı EPT-lər bunlardır:

“A-Solutions Elektron Pul Təşkilatı” MMC

“United Payment” MMC

“Modenis” MMC

“PashaPay” MMC

“Mobile Payment Solutions” MMC

“Mpay” QSC

“Paysis” MMC

“PulPal” MMC

“Qoldenpey” ASC

“K GROUP” MMC

“Azərikard” MMC

“Payriff” QSC

“Greentek Group” MMC

“Cüzdan” MMC

“Tiko Azərbaycan” MMC

“Baku Pay” MMC

“Algoritma” MMC

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)