Bank

Azərbaycanda 22 bankdan 14 bankın mənfəəti ötənilkindən - AZDIR. SİYAHI

Azərbaycanda lisenziya əsasında fəaliyyət göstərən 22 bankdan 14 bankın bu ilin birinci rübü üzrə mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

ENA.az xəbər verir ki, cəmi 8 bankın qazancı ötənilkindən daha yüksək olub. Diqqətçəkən məqamlardan biri odur ki, mənfəət üzrə renkinqlərdə daim yaşıl zonada yerləşmiş ilk üç bank bu il mənfəətində kifayət qədər ciddi azalmalar açıqlayıb. 

ENA.az olaraq qeyd edək ki, mənfəətin azalmasında bankların faiz gəlirlərindən azalmalar rol oynamır, əksinə verilən kreditlərin həcmi üzrə alınan faiz gəlirləri artıb. 

Dövlət Bankı və sistem əhəmiyyətli bank olan Azərbaycan Beynəlxalq Bankı üzərindən bu mənfi dinamikanı təhlil etsək, görərik ki, bankın faiz gəlirləri ötən ilin birinci rübündə 210 milyon manat olubsa, bu ilin yanvar-mart aylarında 258 milyon manata yüksəlib. Kreditlərdən daxil olan gəlirlər 146 milyon manatdan 191 milyon manata çatıb. 

ABB-nin faiz xərcləri 43 milyondan 83 milyon manata yüksəlib. Götürdüyü depozitlər üzrə faiz ödənişləri 35 milyon manat artıb. Eləcə də bankın qeyri-faiz xərcləri bir il əvvəlkindən 34 milyon manat çoxdur. 

Beləliklə, bu bankın səhmlərini alaraq 2024-cü ilin yekunları üzrə dividend gözləyən səhmdarlar ötənilki mənfəət üzrə xəyallar qursa da, alacaqları bir qədər az olacaq.  

İllik təhlil edərkən aldığımız mənzərə isə belədir: 

Sıra

Bankların adları

 

Xalis mənfəətin həcmi, mln manat, 2024-cü il, I RÜB

Xalis mənfəətin həcmi, mln manat, 2025-cü il, I RÜB

Mənfəətin həcmi üzrə illik dinamika, % ilə

1

ABB

80.6

65.7

-22.7

2

Kapital Bank

71.4

54.9

-30.1

3

PAŞA Bank

51.1

44

-16.1

4

Xalq Bank

16.5

11.9

-38.7

5

Accessbank

16.5

10

-65.0

6

Yelo Bank

14.1

11.2

-25.9

7

BankRespublika

13.5

14.5

7.1

8

Azər-Türk Bank

7.9

3.8

-107.9

9

Unibank

7.3

2.8

-160.7

10

Ziraat Bank Azərbaycan

4.3

3.6

-19.4

11

Rabitəbank

4.3

4.7

8.5

12

Bank of Baku

3.5

7.1

50.7

13

Expressbank

3.4

2.4

-41.7

14

Premium Bank

2.6

1.6

-62.5

15

Bank Melli İran Bakı

2.5

1.5

-66.7

16

Yapı-Kredi Bank Azərbaycan

2.5

2.3

-8.7

17

Bank VTB Azərbaycan

2.2

3.3

33.3

18

Bank BTB

1.5

0.8

-87.5

19

Bank Avrasiya

1.2

2

40.0

20

Azərbaycan Sənaye Bankı

0.8

1.7

52.9

21

AFB Bank

-0.5

2.3

121.7

22

TuranBank

 

1.2

100.0

 

Unibank-ın yaydığı məlumata görə, https://ena.az/az/news/id-63919 dövr ərzində Bank, rəqəmsal və dayanıqlı inkişaf strategiyasına uyğun olaraq investisiyalara əhəmiyyətli diqqət ayırıb. Bu investisiyalar, pərakəndə portfelin yenidən formalaşdırılması və yeni likvidlik tələblərinə uyğunlaşma nəticəsində yaranan yüksək faiz xərcləri ilə birlikdə qısamüddətli əməliyyat mənfəətliliyinə təsir edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)