Sosial iqtisadiyyat

Azərbaycanda əmək müqavilələrinin sayı artıb

Azərbaycanda əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 464 906 vahid artaraq bu il aprelin 1-nə 1 milyon 886 min 821-ə çatıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu illər ərzində qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 436 770 vahid artaraq 976 692 olub.

"Təşviq əsaslı vergi siyasətinin əmək bazarına müsbət təsirləri davam edir", - deyə məlumatda qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)