MALİYYƏ

2026-2029-cu illərdə icmal və dövlət büdcələrinin xərclərinə dair proqnozlar açıqlanıb

2026-cı ildə Azərbaycanın icmal büdcəsinin xərclərinin 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 427,9 milyon manat və yaxud 3 % çox - 49 milyard 57,4 milyon manat olacağı proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2025-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, 2029-cu ildə isə bu rəqəm 52 milyard 126,8 milyon manat olmalıdır.

Gələn il Azərbaycanın dövlət büdcəsinin xərclərinin isə bu ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 822,4 milyon manat və yaxud 2 % çox - 42 milyard 230 milyon manat olacağı gözlənilir. 2029-ci ildə isə bu rəqəm 43 milyard 764,3 milyon manat olmalıdır.

Proqnozlara görə, gələn il büdcə xərclərinin 25 milyard 451 milyon manatı və yaxud 60,3 %-i cari xərclər (bu ilə nisbətən 697,1 milyon manat və yaxud 2,8 % çox), 14 milyard 152,1 milyon manatı və yaxud 33,5 %-i əsaslı xərclər (101,9 milyon manat və yaxud 0,7 % az), 2 milyard 626,9 milyon manatı və yaxud 6,2 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər (227,3 milyon manat və yaxud 9,5 % çox) olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)