Qizilın qiymətində yeni proqnoz - 4000 min dollar!

Goldman Sachs 2026-cı il üçün qızıl proqnozunu yeniləyib.
Goldman Sachs bu ilin sonuna kimi qızılın unsiyasının qiymətinin 3700 dollara, 2026-cı ilin ortalarına qədər isə 4000 dollara yüksələcəyini gözləyir. Bu artım mərkəzi bankların güclü alışları və artan tənəzzül riskləri ilə əsaslandırılıb.
"Biz gözləniləndən daha güclü mərkəzi bank tələbi və qızılla dəstəklənən birja fondlarına (ETF) daxilolmalara artan tənəzzül riskinin verdiyi dəstəyi proqnoz modelimizə daxil etdik" deyə Lina Thomas da daxil olmaqla analitiklər qeyddə yazdılar.
Qeyddə mərkəzi bankların indi ayda 80 ton qızıl alacağı proqnozlaşdırılır. Bu, əvvəlki ayın təxminindən 70 ton çoxdur.
Üstəlik, istiqrazlardakı son gərginliklər və qızıl qiymətlərinin yüksəlməsi metalın “resessiya riskinə qarşı unikal hedcinq” kimi mövqe tutduğunu göstərir.