Qeyri-Bank

Dolları satmaq tövsiyəsi

Citigroup Inc strateqləri ABŞ prezidenti Donald Trampın FED-in müstəqilliyinə xələl gətirməsi riskini nəzərə alaraq, uzunmüddətli ABŞ istiqrazlarının aşağı performans göstərəcəyi və dolların dəyər itirəcəyi ilə bağlı açıqlama yayıblar. 

Çərşənbə günü dərc edilən qeyddə, strateqlər Adam Pickett və Dirk Willer, törəmə vasitələrlə dollara qarşı avronun alınmasını tövsiyə ediblər. Bloomberg-in məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ prezidentinin Fed-in qubernatoru Liza Kuku vəzifədən uzaqlaşdırmaq cəhdi və onun FED üzərində təsirini necə artıracağına dair qiymətləndirmələri uzunmüddətli istiqrazların faizlərinin artması gözləntilərini gücləndirib.

30 illik və 5 illik xəzinə istiqrazları arasındakı gəlir fərqi 2001-ci ildən bəri ən geniş səviyyəyə yüksəlib. Citigroup strateqləri FED-in qərar qəbuledici orqanında "yenidən strukturlaşma riskləri" səbəbiylə dolların daha da zəifləməməsinə təəccübləndiklərini söyləyiblər. 

Onlar qeyd ediblər ki, bu müqavimət çox güman ki, Fransada fiskal narahatlıqların yenidən canlanması ilə bağlıdır və bu inkişafın “avroya marağı əhəmiyyətli dərəcədə zəiflətməsi” mümkün deyil.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)