Aqrar

Azərbaycanda dövlət sifarişi ilə 58 milyon manatlıq ərzaq alıb

Bu ilin I yarısında Azərbaycanda dövlət sifarişi ilə 57 milyon 678 min manat dəyərində ərzaq məhsulları alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 6 ay ərzində dövlət vəsaitinə 3,2 % qənaət edilib.

Hesabat dövründə ərzağı 117 satınalan təşkilat elektron portal vasitəsilə müqavilə bağladığı 97 istehsalçı və satıcıdan 203 növdə olmaqla alıb.

Dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasını mərkəzləşdirilmiş qaydada nazirliyə məxsus "Aqrar Tədarük və Təchizat" ASC həyata keçirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)