Elm və Texnologiya

Gələn il Qarabağ Universitetində yeni fakültə açılacaq

2026-cı ildə Qarabağ Universitetində Kənd təsərrüfatı fakültəsi açmağı planlaşdırırıq.

Bunu Xankəndi şəhərindəki Qarabağ Universitetində keçirilən 7-ci ADA Siyasi Forumundakı çıxışı zamanı Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyib.

O, eyni zamanda, həmin il üçün rəhbərlik etdiyi ali təhsil ocağının digər planlarından bəhs edib:

“2026-cı ildə həmçinin universitetin digər filiallarında İncəsənət və Turizm fakültələri də açılacaq. Bu o deməkdir ki, 2026-cı ildə ölkənin üç ayrı bölgəsində fakültələrimiz fəaliyyət göstərəcək. Bu da Qarabağ Universitetinin qlobal mobilliyin əsas aparıcı qüvvələrindən birinə çevrilməsində önəmli faktor olacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)