Tariflərin ən yeni qurbanı Dollar oldu. Məlumatlar “fırtınadan əvvəl sakitlik” kimi şərh edilir

Bloomberg dollar indeksi ABŞ və Çin arasında artan ticarət gərginliyinin bazarlarda volatilliyi artırması və qlobal artım proqnozuna təsir etməsi səbəbindən oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.
Bloomberg Dollar Spot İndeksi cümə axşamı günortadan sonra Nyu-York ticarətində 1,71%-ə qədər azaldı ki, bu da investorların qızıl, İsveçrə frankı və Yapon yeni kimi təhlükəsiz limanlara axışması nəticəsində 2022-ci ildən bəri ən böyük gündəlik enişdir.
Oversea-Chinese Banking Corp. valyuta strateqi Kristofer Vonq, "Dolara olan inam təhlükə altındadır” deyərək, dolların ehtiyat valyuta statusu ilə bağlı şübhələrin ABŞ borcunun artması kimi amillərə görə yüksəldiyini bildirib. National Australia Bank Ltd, dollara satış təzyiqinin davam edəcəyini proqnozlaşdırır. Hesab edirlər ki, ABŞ aktivlərindən çıxmaq və dolları satmaq söhbəti ticarət gərginliyi yüksək qaldığı müddətcə davam edəcək”.
Dolların ucuzlaşması həm də tariflərin iqtisadiyyata göstərəcəyi təzyiq səbəbindən FED-in faiz dərəcələrini aşağı salmağa davam edəcəyi ilə bağlı gözləntilərin artması ilə bağlı olub. Digər tərəfdən, ABŞ-da dünən açıqlanan Mart İstehlak Qiymətləri İndeksi gözlənilmədən düşdü. Əvvəlki ayla müqayisədə 0,1 faiz artması gözlənilənildiyi halda, 0,1 faiz azalma açıqlanıb.
Fevral ayında qüvvəyə minən bəzi tariflərin ABŞ inflyasiyasına hələ təsir etmədiyi görünsə də, JP Morgan Asset Management qlobal baş strateqi Devid Kelli məlumatları “fırtınadan əvvəl sakitlik” kimi şərh edib.