Alman lüks avtomobil istehsalçısı iflasa uğrayıb

Almaniya lüks avtomobil istehsalçısı “Isdera” şirkəti iflasa uğraması ilə bağlı ərizə verib.
Bu barədə “Bild” qəzeti xəbər verib.
Məlumat əsasən, onun ofisi hazırda Sent-İnqbertdə (Saar federal ərazisi) yerləşir.
Bildirilib ki, iflas ərizəsi aprelin 11-də Saarbrüken rayon məhkəməsinə verilib.