"Fitch" ticarət müharibəsi səbəbindən qlobal artım proqnozuna yenidən baxdı

Fitch ötən ay açıqladığı Qlobal İqtisadi Görünüş hesabatının xüsusi yenilənməsini dərc edib. Açıqlamada kredit reytinqi agentliyi qlobal ticarət müharibəsindəki ciddi eskalasiyaya cavab olaraq dünya artımı ilə bağlı təxminlərini kəskin aşağı salıb.
Açıqlamada, ABŞ-da illik artımın 2025-ci ildə 1,2% səviyyəsində müsbət qalacağı, lakin bu artımın il boyu yavaşlayacağı və dördüncü rübdə 0,4% olacağı gözlənilir.
Açıqlamada Çinin artımının bu il və gələn il 4 faizdən aşağı düşəcəyi, Avrozonada isə 1 faizin altında qalacağı göstərilir.
Bu il dünya iqtisadi artımının 1,9 faiz olacağı və bu sürətin Covid-19 epidemiyası istisna olmaqla 2009-cu ildən bəri ən zəif artım tempi olacağı bildirilib.
Xatırladaq ki, Fitch-in mart ayında dərc etdiyi hesabatda qlobal iqtisadi artım proqnozu 2,3 faiz olub.
ABŞ-da inflyasiya proqnozu 4%-i ötüb
Açıqlamada ABŞ-ın “Qurtuluş günü” tariflərinin gözləniləndən çox pis olduğu qeyd edilərək, əlavə tariflərin 90 gün müddətinə dayandırıldığı və Çin ilə ABŞ arasında cavab tədbirləri nəticəsində qarşılıqlı tarif dərəcələri yüzdə 100-ün üzərinə qaldırıldığı xatırladılıb.
Bəyanatda tarif artımının ABŞ-Çin ticarət axınına əhəmiyyətli dərəcədə təsir edəcəyi və ABŞ-da mənfi tədarük şokunun açıq-aşkar görünə biləcəyi qeyd edilib.
"Böyük siyasət qeyri-müəyyənliyi biznes investisiya perspektivlərinə zərbə vurur, səhm qiymətlərindəki enişlər ev təsərrüfatlarının sərvətini azaldır və ABŞ ixracatçıları bu qisasdan zərbə alacaqlar", - deyə qiymətləndirmə aparılıb.