Birja

Neft 59 dollara düşdü! Azərbaycanın dövlət büdcəsində qiymət 70 dollardan hesablanıb

Dünya bazarında Brent nefti 59 dollara düşdü. Azərbaycanın dövlət büdcəsində isə neftin qiyməti 70 dollardan götürülüb. Bu isə o deməkdir ki, dövlət büdcəsində kəsir yarana bilər. Xatırladaq ki, Azərbaycan nefti ənənəvi olaraq Brent neftindən 3 dollar baha satılır. 

Göründüyü kimi, ABŞ Prezidenti Donald Trampın “qurtuluş günü” olaraq xarakterizə etdiyi bir gündə bir çox ticarət tərəfdaşından idxal edilən mallara ən azı 10 faiz rüsum tətbiq edəcəyini açıqlaması ilə qlobal ticarət müharibələrinin dərinləşəcəyi və neft tələbinin məhdudlaşdırılacağı gözləntiləri qlobal neft qiymətlərinə təzyiq etməkdə davam edir.

Tariflər nəticəsində ABŞ administrasiyası Çindən idxal edilən məhsullara 34 faiz gömrük rüsumu tətbiq etməyi planlaşdırırdı və daha sonra Çin ABŞ-ın tarif artımlarına cavab olaraq ölkəyə eyni dərəcədə əlavə rüsum tətbiq edəcəyini açıqladı və bu, aprelin ilk həftəsində Brent markalı neftin təxminən 10 faiz dəyər itirməsinə səbəb oldu.

Beləliklə, Brent markalı neft 2021-ci ilin avqust ayından bəri ilk dəfə olaraq 65 dollardan aşağı düşüb. 

ABŞ və Çin arasında tarif qarşıdurmaları və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC hasil edən ölkələrdən ibarət OPEC+ qrupunun hasilatı mərhələli şəkildə artırmaq qərarına sadiq qalacağına dair gözləntilər fonunda qiymətlər bu gün də düşməyə davam edir.

Belə ki, ABŞ-da ikinci dəfə prezident olduqdan sonra Donald Trampın həyata keçirdiyi proteksionist ticarət siyasəti nəticəsində Brent markalı neft yanvarın 20-dən bu yana 17 dollardan çox dəyər itirib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)