“İpək Yolu Sığorta”nın rəhbərliyində dəyişiklik olub

“İpək Yolu Sığorta” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb.
Məlumata görə, Elnur Cavadov Əbdülhəsən oğlu İdarə Heyətinin üzvü vəzifəsindən ayrılıb. E.Cavadov 2012-ci ildən bu şirkətdə çalışırdı. 2022-ci ildən Sığorta Şirkətinin İdarə heyətinin üzvü və Təkrarsığorta departamentinin direktoru idi.
Sığorta şirkətinin İdarə Heyətinin sədri Niyazi İmanov Cavanşir oğlu, üzvləri isə Rəna Quliyeva Əlyəddin qızı və Fərid Kazımov Oktay oğludur.
Xatırladaq ki, “İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14.77 milyon manatdır. Şirkətin səhmlərinin 96.53%-i “ASG Business Aviation” MMC-yə, 3.47 %-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.